Robert Koçaryan: "Türkiyə ilə sərhəddlər açılsa kənd-təsərrüfatımıza nəhəng zərərlər dəyəcək"

Robert Koçaryan: "Türkiyə ilə sərhəddlər açılsa kənd-təsərrüfatımıza nəhəng zərərlər dəyəcək"
29 Aprel 2021
Mətni dəyiş
Ermənistanın ikinci prezidenti Robert Koçaryan bu gün öz tərəfdarları ilə görüş keçirib və görüş zamanı həm də tərəfdarlarının suallarına cavab verib. Koçaryan Türkiyə ilə sərhəddlərin açılıb açılmaması gərəkdiyi ilə bağlı suallara cavab verərkən deyib ki, Türkiyə ilə sərhəddi bağlı saxlamağın doğru bir şey olduğunu da demək olmaz, amma sərhəddin açılması ilə bağlı təbliğat aparmaq da yanlış bir şeydir. "Açıq aydındır ki, Türkiyə ilə sərhəddin açılası kənd-təsərrüfatımıza nəhəng zərərlər vuracaq. Çünki bizim ölkəmizin kənd-təsərrüfatı Türkiyəninki ilə rəqabətə dözməyəcək, aydındır ki, Türkiyədə hər şey bizdəkindən yüksək səviyyədədir, istehsalatın həcmi böyükdür, türk höküməti kənd-təsərrüfatına böyük subsidiyalar xərcləyir. Ermənistanda isə kənd-təsərrüfatı taleyin hökmünə buraxılıb. Bütün bunlar o deməkdir ki, bu dəqiqə sərhəddlər açılsa Ararat vadisinin kəndliləri yazıq günə düşəəklər. Onların istehsal etdikləri mallar türk malları ilə qiymət baxımından rəqabətə dözməyəcək. Sərhəddləri açana qədər ən azı bir neçə il öz kənd təsərrüfatımızın vəziyyətini yüksəltməliyik, subsdiyalamaşmanı Türkiyədəki səviyyəyə qaldırmalıyıq, bazarımızı müxtəlif vergilərlər qorumalıyıq, ancaq bundan sonra sərhədlərin açılması haqda düşünmək olar".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun