Ramazan Kadırovun oğlu rinqdə döyüldükdən sonra qalib elan olunub

Ramazan Kadırovun oğlu rinqdə döyüldükdən sonra qalib elan olunub
19 Aprel 2021
Mətni dəyiş

Çeçenistan lideri Ramzan  13 yaşlı oğlu Adam boks turnirində iştirak edib. Boks üzrə beynəlxalq turnir aprelin əvvəlində Qroznıda keçirilib, izləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub

Bu barədə məlumatı Exo Moskva yayıb.

Çeçenistan liderinin oğlunun rəqibi, Kabardin-Balkariyadan gənc boksçu Aslan Bittirov olub. Aslan Bittirov Adam Kadırovun hücumuna hücumla cavab verib zərbələr endirən zaman, hakim qəfildən döyüşü dayandırır və ayaq üstə düz dayanan Battirova birdən səkkizə kimi saymağa başlayır. Sonra boksçunun sekundantı rinqə dəsmal ataraq onun məğlubiyyətini tanıyır. Battirov özü isə təəccüblə əllərini yana açır.

İzləyicilər arasında Çeçenistan lideri Ramzan Kadırov da olub. Yarışdan sonra “Qrozni-inform” portalı yazıb ki, Adam Kadırov rəqibinə “heç bir şans verməyib”. Turnir Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunubmuş.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun