Polşa və Çexiyadan sonra Rumınya da bir rus diplomatını ölkədən çıxarıb

Polşa və Çexiyadan sonra Rumınya da bir rus diplomatını ölkədən çıxarıb
27 Aprel 2021
Mətni dəyiş
Rumınyanın Xarici İşlər Nazirliyi bu ölkədəki Rusiya səfirinin hərbi attaşesi Aleksey Qişaevanı istənməyən şəxs elan edərək ölkədən çıxarıb.  Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, rus diplomatının fəaliyyəti və hərəkətləri 1961-ci ildə imzalanmış diplomatik münasibətlər haqda Viyana konvensiyasına ziddir. Rus diplomatının ölkədən çıxarılması haqda sənədi Rumınya XİN rəhbəri Boqdan Auresku Buxarestdəki Rusiya səfiri Valeri Kuzmini təcili Xarici İşlər Nazirliyinə dəvət edərək təqdim edib. Xatırladaq ki, bundan öncə Polşa və Çexiya ölkədəki rus diplomatlarının qeyri-qanuni əməllərlə məşğul olduqları üçün onları ölkədən çıxartmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun