Polşa ABŞ-a həmrəylik göstərərək üç rus diplomatını ölkədən çıxarıb

Polşa ABŞ-a həmrəylik göstərərək üç rus diplomatını ölkədən çıxarıb
16 Aprel 2021
Mətni dəyiş

Polşa üç rus diplomatını istənməyən şəxs elan edərək ölkədən deportasiya edib. Bu ABŞ-ın Rusiyanın hərəkətlərinə cavab olaraq bu ölkəyə yeni sanksiyalar tətbiq etməsi fonunda baş verib. Bundan əlavə bu günlərdə Rusiyanın Polşadakı səfiri Serqey Andreyev Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Polşa mediası yazır ki, səfirin çağırılması "ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən əlavə həm də Ukraynanın şərq sərhədlərində Rusiya tərəfindən gərginlik yaradılması səbəbindən olub".

Polşa rus diplomatları ölkədən çıxarmaq üçün əsas səbəb kimi isə onların diplomatik statusu olan şəxslərlə bağlı qaydaları pozması və Polşaya zərər vuracaq tədbirlər keçirməsini göstərib. Qalan təfərrüatlar bildirilməyib.

Bundan əlavə Polşa Xarici İşlər Nazirliyi "ABŞ-ın 15 aprel 2021-ci ildə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla tam həmrəy olduğunu" elan edib. XİN bunu Rusiyanın qonşularına qarşı düşməncə münasibətinə ən düzgün cavab hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun