Paşinyanın Zəngəzura səfəri yerli əhalinin etirazı və mitinqlərlə müşayət olunub

Paşinyanın Zəngəzura səfəri yerli əhalinin etirazı və mitinqlərlə müşayət olunub
21 Aprel 2021
Mətni dəyiş
Bu gün, aprelin 21-də Ermənistanın baş naziri Nikol Paşinyan Syünik vilayətinə səfər edib. Ancaq baş naziri Syünikin əksər yerlərində etirazlarla qarşılayıblar. O Aqarak və Meqri şəhərlərində də yerli əhalinin etirazları ilə üzləşib. Sonra Syünikin Qacaran şəhərinə gələrkən baş nazirin gəldiyi əsas yol yerli əhali tərəfindən bağlanıb ki o şəhərə gələ bilməsin. Bu hadisədən sonra Paşinyan və onu müşayət edən maşın karvanı şəhərə girməkdən vaz keçərək Qafana tərəf yola düşüb. Baş nazir Qafana çatanda onu burda da qələbəlik qarşılayıb. Şəhər mərkəzində etiraz edən yerli əhali "Nikol - satqındır!. Nikol - torpaqlarımızı satıb!" Səfər zamanı vətəndaşlardan biri Nikol Paşinyana yaxınlaşaraq ona: "Sizə bir sual verə bilərəmmi?" - deyə soruşub. Ancaq, Paşinyan ona cavab vermədən yerli icra hakimiyyəti binasına girib. Bundan sonra yerli əhali administrasiya binası qarşısında etiraz aksiyası keçirib. Aksiya "Paşinyan qorxaqdır!", "Paşinyan torpaqları satıb!", "Paşinyan türklərin çəkməsini yalayıb!" kimi şüarlar səslənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun