Paşinyanı etiraz aksiyası ilə qarşılayan Meğri şəhərinin meri və daha 27 nəfər həbs olunub

Paşinyanı etiraz aksiyası ilə qarşılayan Meğri şəhərinin meri və daha 27 nəfər həbs olunub
26 Aprel 2021
Mətni dəyiş
Ermənistanın Syünik vilayətinin qubernatoru Vahe Akopyan məlumat yayıb ki, bu vilayətdə yerləşən Meğri şəhərinin meri Mxitar Zakaryan həbs olunub. Qubernator deyib ki: "Merə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb, halbuki bu cəfəngiyyatdır. Rəsmən elan edirəm ki, hakimiyyətin repressiv maşını bizi sındırmağa çalışır. Bu alınmayacaq. Bu gn 18:30-da Aram Manukyanın heykəli onundə mitinq edəcəyik, orada növbəti addımlarımıza qərar verəcəyik". Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Syünik vilayətinə səfəri zamanı Meğri şəhərində yerli əhali baş naziri etiraz aksiyası ilə qarşılamış, şəhərə buraxmamışdı. Nəticədə nazir şəhərdən yan keçmişdi. Bundan sonra yerli polis idarəsi Syünik vilayətində mitinqlərin təşkilatçılarını və əsas iştirakçılarından 27 nəfərə qarşı cinayət işi qaldırıb. İttiham olunanlar arasında Meğri, Qacaran şəhərlərin meri və mer müavinləri də var.    

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun