7 apreldə Rusiyaya rəsmi səfər edəcək Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşə bilmək üçün 7 günlük karantinə girib.
Paşinyanın mətbuat katibi bildirib ki, Baş nazir Rusiya səfərinə qədər heç bir kütləvi toplantıda iştirak etməyəcək.
O bildirib ki, Paşinyan bu müddət ərzində müxtəlif nazirlərlə təmasda olaraq dövləti idarə edəcək.
Kremlin sözcüsü Dmitiri Peskov da Paşinyanın Ermənistana səfər edəcəyini və Putinlə görüşəcəyini bildirib. O deyib ki, Putinlə Paşinyanın 10 noyabr bəyanatının tələblərinin necə icra olunmasını müzakirə edəcəyi də istisna deyil.
Rusiya prezidenti Vladimir Putin martın 24-də koronavirus əleyhinə peyvənd vurdurub.