Paris Notr-Dam kilsəsinin restavrasiyasına 830 milyon avro pul toplanıb

Paris Notr-Dam kilsəsinin restavrasiyasına 830 milyon avro pul toplanıb
15 Aprel 2021
Mətni dəyiş
Fransanın Mədəniyyət naziri Rozelin Başlo deyib ki, Paristə yerləşən, 2019-cu ildə yanmış Notr-dam-de-Paris kilsəsinin restavrasiyası üçün 830 milyon avro iyanə toplanıb. "Kilsənin restavrasiyasına tamamilə gözlənilməz 830 milyon avro iyanə toplanıb. Mən bu pulun düzgün və şəvvaf xərcləməyə zamin dururam", - deyə nazir Başlo senatda deputatların suallarına cavab verərkən bildirib. Nazir deyib ki, toplanılan məbləğlə Notr-Dam kilsəsinin restavrasiyasına başlamaq olar. Nazirin sözlərinə görə kilsə 2024-cü ildə təzədən açılacaq. Xatıraldaq ki, Parisdəki Notr-Dam kimi tanınan "Tanrının Anası" kilsəsində yanğın 2019-cu ildə aprelin 15-də baş verib. Yağının nəticəsində binanın damı çöküb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun