On iki tibb işçisi vaksinasiya ilə bağlı saxta arayış verdiyi üçün işdən azad edilib

On iki tibb işçisi vaksinasiya ilə bağlı saxta arayış verdiyi üçün işdən azad edilib
10 Aprel 2021
Mətni dəyiş
On iki tibb işçisi COVİD-19-a qarşı peyvəndə dair saxta sənədlərin verilməsinə görə işdən çıxarılıb. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir. Saxta sənədlərin verilməsi haqda məlumat sosial şəbəkələrdə və kütləvi informasiya şəbəkələrində yayılıb və onların əsasında yoxlama aparılıb. Nəticədə Bakı şəhəri 7 və 12 saylı şəhər poliklinikalarında, Şəki Mərkəzi Rayon Xəstəxanasında, Sumqayıt şəhəri 2, 3 və 5 saylı uşaq poliklinikalarında, 3 saylı şəhər xəstəxanasında, Gəncə şəhər 2 saylı poliklinikada çalışan 12 həkim işdən çıxarılıb. Belə halların qarşısının alınması üçün tədbirlər görülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun