Nikol Paşinyan istefa verdi və yeni seçkilərə hazırlaşdığını bəyan etdi

Nikol Paşinyan istefa verdi və yeni seçkilərə hazırlaşdığını bəyan etdi
25 Aprel 2021
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. Bu barədə o bu gün xalqa müraciətində bildirib.  Mövcud konstitusiyaya görə növbədənkənar seçkilərin keçirilməsi yalnız baş nazir istefa verdikdə, parlament isə yenisini iki dəfə seçmədikdə mümkündür. "Konstitusiya müddəalarının həyata keçirilməsi və parlamentin buraxılması üçün mən bu gün istefa verirəm", - deyə o bildirib. "Bu gün istefa verməyə bilərdim, amma bunu məhz Vətəndaş günündə etmək qərarına gəldim. Beləliklə, vətəndaşdan aldığımız hakimiyyəti ona qaytarırıq ki, o, azad, ədalətli və rəqabətli seçkilər vasitəsilə hakimiyyətin gələcək taleyini həll etsin", - deyə N.Paşinyan vurğulayıb. Bununla belə, Paşinyan hökumət başçısı vəzifəsini artıq müvəqqəti icra edən şəxs kimi yerinə yetirməkdə davam edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun