NATO və Rusiya döyüş təyyarələri arasında gərginlik yaşanıb

NATO və Rusiya döyüş təyyarələri arasında gərginlik yaşanıb
22 Aprel 2021
Mətni dəyiş

NATO-ya aid döyüş təyyarələri Baltik dənizi üzərində uçuş həyata keçirən Rusiyaya məxsus döyüş təyyarələrini mühasirəyə alıb. Bu barədə NATO məlumat yayıb. 

Məlumata görə, NATO Baltik dənizi üzərində radarlara düşməyən, hansı ölkəyə aid olduğu müəyyən olunmayan döyüş təyyarələrinin hərəkətini müşahidə edib. NATO-nun Almaniyadakı Birgə Mərkəzi NATO-nun baltik ölkələrində olan döyüş təyyarələrinin havaya qalxmasına dair əmr verib.

Dərhal Estoniyanın, Litvanın və Polşanın döyüş təyyarələri havaya qalxıb. NATO radarlardan yayınan təyyarələrin Rusiyaya məxsus Tu-160 bombardmançı təyyarə, Su-27 və Su-35 döyüş təyyarələri olduğunu məlum edib.

NATO-ya aid təyyarələr havalandıqdan sonra Rusiyanın döyüş təyyarələri öz hava məkanlarına qayıdıblar. NATO bildirib ki, Rusiya təyyarələri mülki hava hərəkəti nəzarətçiləri tərəfindən aşkar edilmədiyindən mülki uçuşlar üçün təhlükə yarada bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun