Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin Milli Məclisdə müzakirə olunaraq müəyyənləşdiriləcəyi vaxt məlum olub.
Məsələ parlamentin gələn həftə keçiriləcək plenar iclasında müzakirə olunacaq. Həmin iclasın dəqiq tarixi hələ dəqiqləşməyib.
MSK üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən Komissiya yenidən formalaşdırılacaq.
MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.