Moskva məhkəməsi Navalninin yaratdığı Korruspiya ilə Mübarizə Fondunun fəaliyyətinə qadağa qoyub

Moskva məhkəməsi Navalninin yaratdığı Korruspiya ilə Mübarizə Fondunun fəaliyyətinə qadağa qoyub
27 Aprel 2021
Mətni dəyiş
Moskva şəhər məhkəməsinin bu günki ilkin iclasında müxalifət lideri Navalninin yaratdığı Korrupsiya ilə mübarizə fondu və vətəndaşların hüquqlarını müdafiə fondu eksterimizst cinayətlərlə ittihm olunaraq fəaliyyətinə qadağa qoyulub. Bundan sonra fond mətbuatla işləyə bilməyəcək, internet şəbəkəsində məlumat paylaşa bilməyəcək, ictimai tədbirlər təşkil edə bilməyəcək, seçkilərdə iştirak edə bilməyəcək, maliyyə xidmətlərindən istifadə edə bilməyəcək. Qadağa müvəqqətidir və məhkəmənin adıçəkilən fondların fəaliyyətində eksterimizm əlamətlərini araşdırıb ortaya çıxaracağına qədər davam edəcək. Aprelin 16-da Moskva şəhər prokurorluğu Korruspiya ilə Mübarizə Fondunun və Vətəndaşların Hüquqlarını Müdafiə Fondunun eksterimist təşkilatlar kimi tanınmasını tələb edib. Prokurorluq məhkəməyə müraciətində bu təşkilatların konstitusiya quruluşunu zorla dəyişdirmək, həmçinin rəngli inqilablara zəmin yaratmaq məqsədi daşıdığını iddia edir. Korrupsiya ilə Mübarizə Fondu isə məhkəmənin bu addımını "axmaqlıq" adlandırıb və onun qərarının fəaliyyətlərinə təsir etməyəcəyini bildirib. Navalninin vəkili İvan Pavlov qərardan şikayət edəcəklərini deyib. Bu yaxınlarda prokurorluq Aleksey Navalninin qərargahının da fəaliyyətini özbaşına dayandırmış, məhkəmənin eksterimizmlə bağlı araşdırmasını gözləməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun