Koronavirusun tək dozası neçə faiz qoruyur?

Koronavirusun tək dozası neçə faiz qoruyur?
23 Aprel 2021
Mətni dəyiş

Dünyada ümumilikdə 145 milyon insanın yoluxduğu və 3 milyondan çox insanın ölməsinə səbəb olan koronavirus (Covid-19) peyvəndi ilə bağlı yeni məlumatlar yayımlanıb. 

Məlumatlara görə, alimlər 350 min insandan əldə edilən nəticələri analiz edərək yeni araşdırma hazırlayıb. Araşdırmada tək doza "Pfizer" və "Oxford" peyvəndi olanların koronavirusdan (Covid-19) böyük ölçüdə qorunduğu bildirilir.

Oxford universiteti və İngiltərənin Milli Statistika Mərkəzi tərəfindən birgə aparılan araşdırmada qeyd olunub ki, virus həm yaşlıları, həm də gəncləri qoruyur. Araşdırmaya görə, tək doza peyvən 65% qoruma qabiliyyətinə malikdir ki, bu da böyük göstəricidir.

Son açıqlanan statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 047 yeni yoluxma faktı qeydə alınıb, 2 610 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib. 31 131 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, bu günə qədər isə ümumilikdə 3 153 877 test icra olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun