Koronavirusa qarşı peyvəndin yaradıcısı Avropada kollektiv immunitetin iyul ayında yaranacağını deyir

Koronavirusa qarşı peyvəndin yaradıcısı Avropada kollektiv immunitetin iyul ayında yaranacağını deyir
29 Aprel 2021
Mətni dəyiş
BioNTech şirkətinin yaradıcısı Uğur Şahin onun firması ilə amerikan firması olan Pfizer-in birgə yaratdığı koronavirusa qarşı peyvəndin koronavirusun hind ştammına qarşı da effektivdir. Onun sözlərinə görə mütəxəssislər artıq bu mutasiya növünü öyrəniblər, amma onunla bağlı sınaqlar hələlik başa çatmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə Hindistanda ortaya çıxmış koronavirusun mutasiyası artıq dünyanın 17 ölkəsində mövcuddur. Uğur Şahin həmçinin qeyd edib ki: "Avropa iyul ayında kollektiv immuniteti qazanacaq, bu ən geci avqust ayında baş verəcək. Başqa ölkələrdə isə peyvəndləmə hələlik yavaş sürətlə gedir. Deməliyəm ki, dünyanın çox yerində peyvəndə ehtiyacı olan adamlar var. Bu problemin həlli bütün insanlığın birgə səyləri ilə baş tutacaq".
Uğur Şahin həmçinin xəbərdarlıq edib ki, koronavirusa qarşı immunitetin tam möhkəmləndirilməsi üçün Pfizer vaksini üçüncü dəfə də vurulmalıdır. Ancaq bu ilk dəfədən bir il sonra vurulsa yaxşı olar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun