İsraildə açıq havada maska taxmaq qadağası ləğv edilib

İsraildə açıq havada maska taxmaq qadağası ləğv edilib
19 Aprel 2021
Mətni dəyiş
İsrail əhalisi daha açıq yerlərdə maska taxmaya bilər. Bu ölkənin Səhiyyə Nazirliyi koronavirusa yoluxmanın azaldığına görə belə bir qərar verib. Bu ilin yanvar ayında gündəlik yoluxma halları 10 min civarında olsa da indi bu rəqəm gündəlik 200 nəfərə enib. Qadağaların götürülməsi ilə məktəblərdə üzbəüz təhsil də bərpa olunub. Ancaq açıq havada kütləvi tədbirlər zamanı maska taxmaq hələ də məsləhət görülür. Qapalı yerlərdə maska taxmaq isə əvvəlki kimi mütləqdir.
İsrail höküməti isə ölkənin koronavirusa qarşı peyvəndləmədə dünya lideri olduğunu və yaşı 16-dan artıq olan əhalinin artıq 70 faizinin peyvənd edildiyini elan edib. İsrail mayın 23-dən başlayaraq peyvəndlənmiş turist qruplarını ölkəyə qəbul edəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun