İran indi də nüvə enerjisindən tibb sahəsində istifadə edəcəyini bildirir

İran indi də nüvə enerjisindən tibb sahəsində istifadə edəcəyini bildirir
14 Aprel 2021
Mətni dəyiş
İran höküməti uranın 60 faizə qədər zənginləşdirilməsi niyyətində olduğunu təsdiqləyib. İranın prezidenti Həsən Ruhani bunu İsrailin hərəkəltərinə cavab adlandırıb. O yəhudi ölkəsini bir neçə gün öncə Natanzda uranın zənginləşdirilməsi üçün sentrifuqanın işə salınması zamanı qəzanı törətməkdə ittiham edib.
Tehran bəyan edir ki, nüvə tədqiqatlarını ancaq və ancaq sülh məqsədi ilə aparır. Prezidentin sözlərinə görə bu tibb üçün lazımlıdır. İslam respublikası uranın zənginləşdirilməsini Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında apardığını da bəyan edib. Xatıraldaq ki, Vaşinqton indiyədək dəfələrlə İranı nüvə silahı hazırlamaqda ittiham edib. 2018-ci ildə ABŞ İranla nüvə proqramı ilə bağlı razılaşmadan çıxıb. Bu proqrama görə İran zamanla uranın zənginləşdirilməsini məhdudlaşdırmalıydı. Bundan sonra İran artıq öz nüvə proqramını heç bir ölkə ilə müzakirə etməyəcəyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun