İnsan haqqları təşkilatları koronavirus peyvəndlərinin patentləşməsini ləğv etməyə çağırır

İnsan haqqları təşkilatları koronavirus peyvəndlərinin patentləşməsini ləğv etməyə çağırır
27 Aprel 2021
Mətni dəyiş
Amnesty International və daha 30 insan haqqları təşkilatı Avropa Birliyini koronavirusa qarşı vaksinlərdə patentləşmədən imtina etməyə çağırıb. "Əgər vəziyyət dəyişməsə kiçik bir qrupun gəlir maraqları insanlığın taleyini müəyyən edəcək" - deyə Amnesty International aprelin 26-da Berlində bəyan edib.  Ancaq Avropa Komissiyası patentlərin ləğv edilməsi sürətli peyvəndləyə bilməmə problemini həll etmir. "Peyvəndlərlə bağlı problemlər patentləmə ilə əlaqədar deyil, peyvənd istehsalının aşağı sürətlə aparılmasındadır" - deyə Brüsseldə Avropa Komissiyasının mətbuat katibliyindən məlumat verilib. Xatırladaq ki, koronavirus xəstəliyi artıq dünya əhalisinin 148 milyon nəfər sakininə yoluxub. Covid-19 diaqnozu qoyulmuş 3 milyondan çox insan dünyasını dəyişib, 125 milyon insansa sağalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun