Gürcülər Gürcüstanın ərazi bütövlüyünü tanımayan rus jurnalisti ölkədən qovublar

Gürcülər Gürcüstanın ərazi bütövlüyünü tanımayan rus jurnalisti ölkədən qovublar
1 Aprel 2021
Mətni dəyiş
Bir gün öncə dostları ilə birgə Tbilisiyə səfərə gəlmiş rus jurnalisti Vladimir Pozner aprelin 1-də ölkəni tərk etmək məcburiyyətində qalıb. Onun ölkəni tərk etmək səbəbi isə müxalifət partiyaları və onların tərəfdarlarının bütün gecə boyu Poznerin qaldığı otelin önündə etiraz mitinqi keçirməsi olub. Pozner Tbilisiyə 87 illiyini qeyd etmək üçün Moskvadan gəlibmiş. Gürcü mediası yazır ki, polislərin müşayəti ilə Pozneri və dostlarını aeroportdan götürən avtobusu etirazçılar yumurta atəşinə tutublar. Gürcüstan Daxili İşlər Nazirliyi isə Pozner və onunla birgə 32 nəfərin Tbilisi otellərindən birində karantin qaydalarını pozduqları üçün cərimələndiyini bəyan edib. Pozner Tbilisiyə martın 31-də gəlib və bundan xəbər tutan gürcü müxalifəti üzvləri, bir sıra QHT-ləri etiraz etməyə başlayıb. Etirazçılar Poznerin Gürcüstana buraxılmamalı olduğunu deyirlər, çünki Pozner dəfələrlə Gürcüstanın ərazi bütövlüyünü tanımadığını efirdan səsləndirib, Abxaziyanı Rusiyanın ərazisi adlandırıb. Bundan əlavə Poznerin Tbilisiyə öz ad gününü keçirmək üçün 50-yə yaxın adamla birgə gəlməsi karantin qaydalarına da ziddir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun