İraqın Erbil beynəlxalq hava limanına raket hücumu olub

İraqın Erbil beynəlxalq hava limanına raket hücumu olub
15 Aprel 2021
Mətni dəyiş

İraqın şimalındakı Erbil beynəlxalq hava limanına raket hücumu olub. İlkin məlumatlara görə, hücum dron vasitəsilə həyata keçirilib. 

İraq Kürd Regional İdarəsinin yaydığı məlumata görə, ən azı bir raket hava limanına düşüb. Açıqlamada qeyd olunub ki, ilkin istintaqdan sonra hücumun pilotsuz təyyarə ilə həyata keçirildiyi dəqiqləşib.

Məlumata görə, hücumun hədəfi ABŞ liderliyi altında beynəlxalq koalisiya qüvvələrinin yerləşdirildiyi  hava limanın hərbi hissəsi olub. Hücum nəticəsində insan itkisi olmasa da infrastruktura bəzi ziyanlar dəyib.

Baş verən hücumla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun