Co Baydenin 24 apreldə "erməni soyqırımı"nı tanıyacağı gözlənilir

Co Baydenin 24 apreldə "erməni soyqırımı"nı tanıyacağı gözlənilir
22 Aprel 2021
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden rəsmi şəkildə İkinci Dünya müharibəsi vaxtı Osmanlı imperiyasına ermənilərə qarşı kütləvi qırğının baş verdiyini tanımağı planlaşdırır. Bu haqda o aprelin 21-də bir çox mətbuat orqanı, həmçinin "The Wall Street Journal" və "Reuters" agentlikləri məlumat yayıb. Belə görünür ki, Amerika prezidenti aprelin 24-ü 1915-1922-ci illər "erməni soyqırımı"nın xatirə günündə soyqırımı tanıyacaq. Ağ Evdən "Reuters" agentliyinə danışan, ancaq adını açıqlamaq istəməyən dövlət məmuru deyib ki, "bildiyim qədəriylə o şənbə günü bu mövzuda çıxış edəcək və "soyqırım" sözünü işlədəcək". Ağ Evin bu haqda rəsmi mövqeyi isə hələlik yoxdur. Co Bayden ABŞ prezidentliyinə namizəd olarkən Osmanlı imperiyasının son illərində 1,5 milyon erməniyə qarşı törədilmiş hadisələrə görə üzüldüyünü demişdi, o öz Tvitter hesabında bildirmişdi ki, prezident seçiləcəyi halda "soyqırımın" tanınması üçün əlindən gələni edəcək. 2019-cu ilin sonlarında ABŞ Senatının aşağı palatası olan nümayəndələr palatası və sonra da ABŞ Senatı özü "erməni soyqırımı"nın baş verdiyi haqda bəyannamə qəbul etmişdi. Amma bu bəyannamənin heç bir hüquqi gücü yox idi və Türkiyə ilə Vaşinqtonun münasibətlərinə təsir etmirdi. O zaman Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan həmin bəyannamən heç nəyə yaramayan kağız parçası adlandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun