Co Bayden 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdığını bəyan etdi

Co Bayden 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıdığını bəyan etdi
25 Aprel 2021
Mətni dəyiş
Bu gün ABŞ 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş 1,5 milyon erməninin "qırğınını" "soyqırım" olaraq tanıyıb. ABŞ prezidenti bunu rəsmən elan edib. ABŞ prezidenti çıxış nitqində deyib ki: "Amerika xalqı hər il bu günü Osmanlı imperiyası dönəmində "soyqırımına" məruz qalmış ermənilərin xatirəsini yad edir və bu cür zalımlıqların bir daha təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Biz həmçinin yayılan nifrətin bütün formalarına qarşı ayıq olmalıyıq." ABŞ konqressinin hər iki palatası 2019-cu ildə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin "soyqırım" kimi tanımış, konqressdəki hər iki partiyadan 100-dən çox deputat Baydenə məktub yollayaraq 24 apreldə "soyqırımı" rəsmən tanımağa çağırmışdı. Xatıraldaq ki, Baydenin və onun kabinetindəki vitse-prezident Kamala Harrisin seçki zamanı verdiyi vədlərdə "erməni soyqırımını" tanımaq məsələsi dayanırdı. Bayden Delavar ştatının senatoru  olduğu vaxt "soyqırım"ın rəsmən tanınması üçün ABŞ rəhbərliyinə çağırışlar etmişdi.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun