Çexiya 2018-ci ildə ölkədə baş vermiş partlayışa görə Rusiyadan kompensassiya tələb edəcək

Çexiya 2018-ci ildə ölkədə baş vermiş partlayışa görə Rusiyadan kompensassiya tələb edəcək
20 Aprel 2021
Mətni dəyiş
Çexiya höküməti 18 rus diplomatının ölkədən çıxarılasından sonra 2014-ci ildə ölkənin Zlin rayonunun Brbetiç kəndində silah anbarında baş vermiş partlayışa görə Rusiyadan kompensassiya tələb etmək istəyir. Təqribi hesablamalara görə həmin partlayışda Çexiyaya bir neçə 10 milyon avro zərər dəyib. Qeyd edək ki, 2021-ci ilin 17 aprelində Çexiya Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən deport edib. Çexiyanın yerli xüsusi xidmət orqanları həmin 18 nəfəri Rusiya Baş Kəşfiyyat İdarəsi və Xarici Kəşfiyyat İdarəsinin əməkdaşları olaraq ifşa edib. Həmçinin Çexiya höküməti iki rus vətəndaşının da partlayışda iştirak etdiyini bildirib. Onlar 2018-ci ildə Britaniyanın Solsberi şəhərində keçmiş rus kəşfiyyatçısı Skipalın zəhərlənməsində iştirak etmiş Petrov və Başirovdular.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun