Cəlilabad İcra Hakimiyyətinin iki işçisi qətlə görə həbs edilib

Cəlilabad İcra Hakimiyyətinin iki işçisi qətlə görə həbs edilib
23 Aprel 2021
Mətni dəyiş
2021-ci il aprelin 18-də Cəlilabad rayon sakini Əflatun Abdullayevin öz avtomobili ilə evdən getməsi və geri qayıtmaması barədə Cəlilabad rayon polis şöbəsinə məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin aprelin 23-də yaydığı məlumatda deyilir. Prokrurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb. “Onun qəsdən öldürülməsi aşkar edilib. Araşdırmalara əsasən Cəlilabad Rayon İcra Hakimiyytinin Təklə kəndi üzrə nümayəndəsi Famil Mahmudov, Seyidbazar kənd üzrə nümayəndəsi Zeydulla İsmayılov və Türkiyə vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürməsinə və meyitini Sabirabad rayon ərazisindəki su kanalının kolluq hissəsinə atmasına əsaslı şübhələr müəyyən edilib”, - məlumatda vurğulanır. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. Nazırda cinayətin təfərrüatlarının müəyyən olunması istiqamətində zəruri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun