Biden asılılığın aradan qalxması üçün siqaretlərlə bağlı qaydalar hazırlayır

Biden asılılığın aradan qalxması üçün siqaretlərlə bağlı qaydalar hazırlayır
20 Aprel 2021
Mətni dəyiş

Amerika prezidenti Joe Biden siqaretlərdə niktoninin azaldılması və mentolun qadağan olunması ilə bağlı qərar imzalamağa hazırlaşır. 

"Wall Street Journal" bu barədə məlumatı Amerika rəsmilərinə istinadən yayıb.

Məlumata görə, Biden hökuməti mentol qadağası və nikotinin azaldılması mövzusu ətrafında müzakirələri davam etdirir. Wall Street Journal qeyd edib ki, qərarın tətbiqi uzun illər çəkə bilər.

Siqaret dünyada hər il 6 milyon insanın ölümünə səbəb olur. Onlardan 600 mini siqaret tüstüsünə məruz qalanlardır ki, bu insanların da 75 faizi uşaq və qadınlardır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun