Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılır
24 Aprel 2021
Mətni dəyiş

Dövlət başçısının Azərbaycanda koronavirusla (COVID-19) mübarizə tədbirlərinə dair tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda bu epidemiyaya qarşı görülən işləri genişləndirməyi davam etdirir.

Paytaxtda koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq, aprelin 24-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları bu il dördüncü, ölkədə pandemiyaya qarşı tədbirlərin əvvəlindən isə iyirmi ikinci dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.

Gün ərzində paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrində dezinfeksiya işləri aparılacaq.

Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq, şəhər sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə xəbərdarlıq edilib.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərini davam etdirirlər.

Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu tədbirlər gün ərzində paytaxtın bütün rayonlarında keçiriləcək.

Koronavirusun daha da çox yayılmasının qarşısını almaq üçün vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmələri xahiş olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun