Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır
13 Aprel 2021
Mətni dəyiş

Azərbaycanda prokurorluq işçilərinin maddi təminatı gücləndirilir. Bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanuna 21.2-1-ci maddə əlavə edilir. Yeni maddəyə əsasən prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Bundan əvvəl qəbul edilən qərara görə isə cinayət işi və bəzi inzibati cərimələrdən büdcəyə daxil olan vəsaitlərin bir hissəsi prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi texniki bazasının möhkəmləndirmək məqsədi prokurorluğun xəzinə hesabına köçürülməsinə dair qərar verilib. Həmin ödənişlər aşağıdakılardır:

- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi

- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi

- İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun