Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib

Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib
19 Aprel 2021
Mətni dəyiş

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənov vəzifəsindən azad edilib. Bu barədə Azərbaycan prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Ramiz Ayvaz oğlu Həsənov 1961-ci il avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub.

1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb, 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib, 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb, 1997-2004-cü illərdə Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub, 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub, 2005-2008-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru olub, 2008-2018-ci illərdə  Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Ramiz Həsənov 2018-ci ilin may ayından xarici işlər nazirinin müavini kimi çalışıb. ingilis və rus dillərini sərbəst bilir. Evlidir, iki övladı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun