Avropa Birliyi: "Rusiya Ukrayna sərhəddinə 150 mindən çox əsgər gətirib"

Avropa Birliyi: "Rusiya Ukrayna sərhəddinə 150 mindən çox əsgər gətirib"
20 Aprel 2021
Mətni dəyiş
Avropa Birliyinin xarici işlər üzrə ali təmsilçisi Cosep Borrell AB ölkələrinin Xarici İşlər üzrə iclasından sonra keçirdi press konfransa Rusiyanın Ukrayna ilə sərhəddə 150 min əsgər yığdığını bildirib. Borrell deyib ki, bu Rusiyanın indiyə qədər Ukrayna əhatəsinə topladığı ən çox sayda hərbçidir. Brüsseldə jurnalistlərin sualına cavab verən Borrell 150 min rəqəmini hansı mənbədən götürdüyünü deməsə də AB xarici işlər nazirləri arasında bu mövzunun ətraflı müzakirə olunduğunu bildirib. "Rusiya ilə sərhəddə hər cür hərbi qüvvə və maşınlar yerləşdirilib. Mobil xəstəxanalardan müharibə təhcizatına qədər çox ciddi hərəkətlilik görürük. Bu narahatvericidir. Bu qədər çox sayda əsgəri bir yerə toplayırlarsa mütləq bir qığılcım yaranacağı gözlənilir" - deyə Borrell bildirib.
Borrell iclasa Ukraynanın xarici işlər nazirini də dəvət etdiyini və ondan məlumat aldığını, həmçinin Rusiyaya gərginliyi azaltması üçün çağırışlar etdiyini də deyib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun