Amnesty İnternational: "Keçən il dünyada 483 nəfər edam edilib"

Amnesty İnternational: "Keçən il dünyada 483 nəfər edam edilib"
21 Aprel 2021
Mətni dəyiş
Qlobal koronavirus pandemiyasına baxmayaraq 2020-ci ildə dünyanın 18 ölkəsində edam cəzaları tətbiq edilib. Beynəlxalq insan haqqları təşkilatı Amnesty İnternationalın dünən yaydığı hesabatında görə keçən il dünyada ən azı 483 insan edam edilib. Hesabata görə 2019-cu illə müqaisədə 2020-ci ildə edamların sayı 26 faiz daha az olub. Edamların sayını azaldan Səudiyyə Ərəbistanı və İraqdan başqa Bəhreyn, Belarus, Yaponiya, Pakistan, Sinqapur və Sudanda isə ümumiyyətlə 2020-ci ildə heç kim edam edilməyib. Amnesty İnternational-ın məlumatına görə 483 edam son 10 ildə dünyada ən az rəqəm olub. Bununla belə bəzi ölkələrdə edam cəzaları əvvəlki llərə nisbətən kəskin artıb, bunlardan biri Misirdir, belə ki, Misirdə edam edilənlərin sayı keçən illə müqaisədə üç dəfə artıb, edam edilənlərin 23 faizi isə siyasi səbəblərdən edam edilib. Amnesty İnternationalın reytinq siyahısına görə isə keçən il dünyada ən çox edam cəzasının tətbiq edildiyi ölkələrin siyahısının başında yer alanların adları belədir: İranda 246, Misirdə 107, İraqda 45 və Səudiyyə Ərəbistanında 27 nəfər. Bu dörd ölkə dünyada edamların 88 faizi gerçəkləşib. Edam hesabatına görə edamları ilə məşhur olan daha bir ölkə isə Çin olub. Çində hər il minlərlə insan ölüm cəzasına məhkum edilir, amma ölkə edamların statistikasını gizlədir deyə bu cəzaların olduğu haqda sadəcə təxmini bilgilər var. Amnesty İnternational həmçinin ABŞ-da son on ildə ilk dəfə 2020-ci ildə edamların baş verdiyini, bunun isə keçmiş prezidend Donald Trampın əmri ilə, onun hakimiyyətinin altı ayında 10 nəfərin edam cəzası ilə öldürüldüyünü bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun