30 Aprel 2021
Mətni dəyiş
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada "Komanda 29" hüquq müdafiəsi təşkilatının rəhbəri İvan Pavlovu həbs edib Pavlovun ofisində və evində axtarışlar aparılıb. FTX işçiləri səhər saat 5-də Pavlovun qaldığı "Mercury" mehmanxanasına gəliblər. Onun otağının qarşısında iki nəfər hələ də keşik çəkir.
"Komanda-29" hüquq müdafiəsi təşkilatının məlumatına görə təşkilatın başqa bir üzvü IT-mütəxəssiz İqor Dorfmanının da Sankt-Peterburqdakı evində axtarış aparılıb.
İvan Pavlovu "İlkin istintaq məlumatlarının yayılması" maddəsi ilə həbs ediblər, onu 2 il həbs yaxud da 80 min rubl həcmində cərimə gözləyir.
Xatıralaq ki, İvan Pavlov Rusiyada bir çox siyasi məhkəmə işlərində vəkil kimi çıxış edir. O dövlətə xəyanət maddəsi ilə həbs olunmuş jurnalsit İvan Safranovun və müxalif lider Aleksey Navalnının yaratdığı "Korrupsiya ilə mübarizə fondu"nun məhkəmə işlərində vəkil kimi çıxış edir.