ABŞ Rusiya təcavüzünə qarşı Ukraynaya tam dəstək göstərəcəyini bəyan edib

ABŞ Rusiya təcavüzünə qarşı Ukraynaya tam dəstək göstərəcəyini bəyan edib
1 Aprel 2021
Mətni dəyiş
ABŞ xarici işlər naziri Antoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kulebaya zəng edib. ABŞ XİN rəhbəri öz həmkarına Rusiyanın davam edən aqressiyasına qarşı Vaşinqtonun Ukrayanın suverenliyi və ərazi bütövlüyünün qorunması üçün üçün tam dəstək göstərəcəyini vəd edib. 2014-cu ildə Rusiyanın Krımı işğal etməsindən sonra, həm də Ukraynanın Donbas bölgəsində separatçıları dəstəkləməsi səbəbindən iki ölkə arasında siyasi böhran yaşanmaqdadır. ABŞ XİN mətbuat xidmətindən verilən məlumata görə nazir Blinken həmkarı Kuleba ilə söhbətdə Ukrayanın şərqində baş verən gərginliklərə görə narahatlığını bildirib və yaxın zamanda Donbassda öldürülən 4 ukrain əsgərinə baş sağlığını çatdırıb. Xatırladaq ki, Ukrayna martın 26-da Donbassda dörd əsgərinin rus artileriyasının atəşi nəticəsində həyatını itirdiyini açıqlamışdı. Keçən ilin sentyabr ayından bəri bölgədə atəşkəs əldə olunmuşdu və son insidentlər atəşkəsin pozulmasını göstərir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun