ABŞ-da qaradərili oğlanın polis tərəfindən öldürülməsinə görə polis rəisi istefa verib

ABŞ-da qaradərili oğlanın polis tərəfindən öldürülməsinə görə polis rəisi istefa verib
14 Aprel 2021
Mətni dəyiş
ABŞ-ın Minnesota ştatının Bruklin-Senter şəhərində 20 yaşlı gənc oğlanın öldürülməsi bu şəhərin polis idarəsində kadr dəyişikliklərinə səbəb olub. Belə ki, gəncin ölümündə iştirak etmiş polis işçisi yazılı üzürxahlıq məktubu yazıb, hadisəyə görə həm də Minnesota ştatının polis rəisi də vəzifəsindən istefa verib. Bu haqda Bruklin-Senter şəhərinin meri Mayk Elliot məlumat yayıb. Bruklin-Senter-də qaradərili gəncin öldürülməsi 11 aprel günü baş verib. Polis bir maşını yoxlamaq üçün saxlayıb. Sürücünün şəxsiyyəti müəyyənləşdiriləndən sonra onun həbsi üçün orderin olduğu məlum olub. Polis gənci həbs etmək istəyib, ancaq gənc müqavimət göstərib. Polisin dediyinə görə o səhvən elektroşok əvəzinə odlu silahdan istifadə edib. Qaradərili gənc Donti Rayt atəş nəricəsində yaralanıb, ancaq maşınla daha bir neçə məhəlləni də keçdikdən sonra qəza törədərək dayanıb. Rayt hadisə yerində dünyasını dəyişib. Onun ölümü yüzlərlə insanın etirazına səbəb olub. ABŞ prezidenti Co Bayden isə etirazçıları təmkinli olmağa çağırıb. Raytın yaxınları ona atəş açan polis nəfərinin həbs olunmasını tələb ediblər. Gəncin yaxınları keçən ilin may ayında Minnepolis şəhərində polis tərəfindən boğularaq öldürülən Corc Floydun yaxınları ilə birlikdə press-konfrans keçirib. Xatırladaq ki, Corc Floydun polis tərəfindən öldürülməsi ABŞ şəhərlərində irqçiliyə qarşı kütləvi aksiyalara səbəb olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun