ABŞ-da qaradərili Corc Floydun ölümünə səbəb olan polis zabitinin təqsiri sübuta yetirilib

ABŞ-da qaradərili Corc Floydun ölümünə səbəb olan polis zabitinin təqsiri sübuta yetirilib
21 Aprel 2021
Mətni dəyiş
ABŞ-ın Minnesota əyalətinin Minnepolis şəhərində 2020-ci ilin 25 mayında polis tərəfindən boğularaq öldürülən qaradərili Corc Floydun cinayət işində məhkəmə polis zabiti Derek Çauvini cinayət törətməkdə və qəsdən adam öldürməkdə təqsirkar bilib. Minnepolisin Hennepin bölgə məhkəməsində 3 həftədən çoxdur ki, davam edən məhkəmə iclasının sona çamasıyla 15 nəfərlik məhkəmə heyəti iki gün ərzində keçirilən 10 saatlıq məhkəmə iclasından sonra keçmiş polis zabiti Çauvin təqsirkar bilinib, indi onu 10 illərlə ölüm cəzası gözləyir. Məhkəmənin qərarı oxunandan sonra Çauvinin zamin qarşılığı azadlıqda qalma müddəti bitib və o məhkəmə zalından həbs olunaraq həbsxanaya göndərilib. Təqsirkar Derek Çauvin isə cinayət işi ilə bağlı ifadə verməyi rədd edib və ABŞ konstitusiyasının 5-ci maddəsinə əsasən susqun qalmaq hüququndan istifadə edib.
Cinayət işində ifadə verən həkimlər isə Floydun polis zabiti tərəfindən öldürülməsi faktını rədd etmiş, onun sağlamlıq problemləri üzündən, oksigen çatışmazlığı üzündən dünyasını dəyişdiyini bildirmişdilər.
Məhkəmədə şahid kimi ifadə verən Minnepolis Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi Riçard Çimmerman isə polis zabitinin Floydun boynunu dizi ilə sıxmasını tamamilə gərəksiz, ölümcül güc tətbiqi adlandırmışdı. Xatıraldaq ki, qaradərili ABŞ vətəndaşı Corc Floyd fırıldaqçılıq ittihamı ilə axtarışda olub, o ələ keçirilərkən polis zabiti Derek Çauvin 9 dəqiqə 29 saniyə boyu dizini onun boynuna sıxaraq onun boğulmasına səbəb olub. Floydun həbs olunma anını göstərən videoda onun "nəfəs ala bilmirəm" deyə polis zabitinə yalvardığı görünür. Floydun ölümü ABŞ mətbuatında böyük səs-küy öyatmışdı. Onun ölüm ərəfəsindəki videosu ölkədə polis zorakılığı ilə bağlı mübahisələri alovlandırmış və etirazlara səbəb olmuşdu. Əvvəlcə Minnepolis şəhərində başlayan etirazlar sonradan bütün ölkəyə yaıyılmışdı. Polis zabiti Çauvin isə hadisədən 4 gün sonra həbs olunmuş və adam öldürmə ittihamı ilə məhkəməyə çəkilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun