ABŞ 20 ildən sonra Əfqanıstandan bütün hərbçilərini çıxarır

ABŞ 20 ildən sonra Əfqanıstandan bütün hərbçilərini çıxarır
15 Aprel 2021
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden bu il sentyabr ayının 11-nə kimi amerikan ordusunu Əfqanıstandan çıxarmağa qərar verib. Bayden deyib ki, müşavirləri bu qərarının Əfqanıstanda təhlükəsizlik və terror problemini daha da gərginləşdirəcəyini xəbərdar etməyinə baxmayaraq qərarında qalıb. Bayden administrasiyasının bəzi əməkdaşları ABŞ ordusunun Əfqanıstandan tamamilə çıxarılmasının ABŞ-ın terror əleyhinə missiyasına mənfi təsir edəcəyini deyirlər. Bu addımın həmçinin Əfqanıstandakı ABŞ diplomatlarının həyatına təhlükə yaradacağını da deyənlər var. Bayden ona Əfqanıstanda orduları saxlamağı məsləhət edənlərə narahatlıqla reaksiya verib. O deyib ki, seçki marafonu zamanı ABŞ ordusunun Əfqanıstandan çıxarılması ilə bağlı vəd verib. Əfqanıstanda hal-hazırda 2500 amerikan əsgəri olmaqla ümumilikdə 10 minə qədər NATO əsgəri xidmət göstərir. NATO rəhbəri bu həftə Avropa ölkələrinin müdafiə nazirləri ilə görüşüb bundan sonra nə kimi addımlar atacaqlarını müzakirə edəcəyini bəyan edib. Xatırladaq ki, ABŞ əsgərləri 20 ildir ki, Əfqanıstandadır və onların bu ölkədən çıxarılmasını ilk dəfə ABŞ prezidenti Barak Obama seçki marafonu zamanı vəd etsə də vədinə əməl etməyib. Bayden isə bu il mayın 1-dən sentyabrın 11-nə qədər ABŞ əsgələrini Əfqanıstandan tamamilə çıxaracağını bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun