2020-ci ildə ən çox edam hansı ölkədə olub?

2020-ci ildə ən çox edam hansı ölkədə olub?
21 Aprel 2021
Mətni dəyiş

Amnesty Internationalın yeni yaydığı hesabata görə, ötən il dünyada 483 nəfər edam edilib. Hesabatda qeyd olunub ki, Amerikada da son 17 ildən sonra ilk dəfə 10 ölüm hökmü icra edilib. 

Hesabata görə, koronavirus epidemiyasının geniş yayıldığı 2020-ci ildə ümumilikdə 18 ölkədə edam cəzası tətbiq olunub. 483 nəfər edam edilib ki, bu da 2019-cu illə müqaisədə 26% azdır. Səudiyyə Ərəbistanı və İraq kimi ölkələrdə edam cəzasının 2019-cu ilə nisbətdə az tətbiq olunması, Bəhreyn, Belarus, Yaponiya, Pakistan, Sinqapur və Sudanda isə ümumiyyətlə tətbiq olunmaması fazilərdə düşüşə səbəb olub.

Amnesty International deyir ki, 2020-ci ildə ən çox edam cəzası İranda tətbiq olunub. Hesabata görə, edam edilən 483 nəfərdən 246-sı İranda edam edilib. Misirdə 107 nəfər, İraqda 45 nəfər, Səudiyyə Ərəbistanında 27 nəfər edam edilib.

Amnesty International təşkilatı hesabatda qeyd edib ki, Çinlə bağlı rəsmi rəqəmlər yoxdur. Amerikada isə son 17 ildə ən çox edam Tramp hakimiyyəti dövründə icra olunub, 10 nəfər edam cəzasına məhkum edilmiş şəxsin edamı icra olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun