12 Avropa ölkəsi Rusiyadan Gürcüstanın işğalını dayandırmağı tələb edib

12 Avropa ölkəsi Rusiyadan Gürcüstanın işğalını dayandırmağı tələb edib
16 Aprel 2021
Mətni dəyiş
12 Avropa ölkəsi Rusiyanı 2008-ci ildə Gürcüstanla apardığı müharibə ilə əlaqədar, Strasburq məhkəməsinin çıxardığı qərarı həyata keçirməyə səsləyib. Bəyanat məktubunu Norveçin ATƏT-dəki daimi nümayəndəliyi yayıb. "Biz bir daha Gürcüstanın süverenliyi və ərazi bütövlüyünə, onun beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində tam olaraq dəstəyimizi ifadə edirik. Gürcüstan və Rusiya Federasiyası arasında 2008-ci ildə baş tutmuş silahlı qarşıdurma faktını və onun nəticələri ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarını yaxından izləyirik. Rusiya Federasiyasını məhkəmənin qərarını təmamilə yerinə yetirməyə, həmçinin Abxaziya və Çxinvali regionunda insan hüquqlarının pozulması hallarını dayandırmağa, məcburi köçkünlərə təhlükəsiz şəraitdə öz evlərinə qayıtmaq imkanı verməyə çağırırıq. Biz hesab edirik ki, Rusiya Federasiyası həmçin, qarşıdurmalar zamanı İnsan hüquqları ilə bağlı Avropa konvensiyasının tələblərinin pozulmasına dair bütün halları araşdırmalıdır", - deyə bəyanatda bildirilir. Qeyd edək ki, sözügedən bəyanata imza atan ölkələr Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Norveç, Polşa, Rumuniya, İsveç və Ukraynadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun