Ərdoğan hakimiyyətinin tənqidçisi olan türk yazıçısı həbsdən azad edilib

Ərdoğan hakimiyyətinin tənqidçisi olan türk yazıçısı həbsdən azad edilib
15 Aprel 2021
Mətni dəyiş
Türkiyədə Gülən camaatının törətdiyi iddia edilən dövlət çevrilişi ərəfəsində həbs olunan türk yazıçı Ahmet Altan həbsdən azad edilib. O "çevrilişə çağırış" və "silahlı terror təşkilatına bilərək və istəyərək kömək etmək" təqsiri ilə mühakimə olunurdu. O Ərdoğan hakimiyyətinin sərt tənqidçilərinin biri kimi tanınırdı. Konstitusiya məhkəməsinin qərarı ilə dünən Ahmet Altan Silivri həbsxanasından azad edilib. Altan 10 il 6 aylığına həbs edilmişdi. Avropa İnsan Haqqları Məhkəməsi Ahmet Altanın həbsi ilə bağlı məhkəmə işinə baxmış və onun həbsinin insan haqqları pozuntusu olduğu haqda qərarı dünən elan etmişdi. AİHM Ahmet Altanın işində onun "azadlıq və təhlükəsizlik", "ifadə azadlığı" hüquqlarının pozulması nəticəsinə gəlmişdi. Ancaq AİHM Ahmet Altanın siyasi səbəblərdən həbs olunduğunu qəbul etməmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun