Zelenski ölkədə Rusiyanın göstərişlərini yerinə yetirən bütün televiziyaları qapadacağına söz verib

Zelenski ölkədə Rusiyanın göstərişlərini yerinə yetirən bütün televiziyaları qapadacağına söz verib
9 Mart 2021
Mətni dəyiş
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə Rusiyanın göstərişlərini yerinə yetirən "112 Ukrayna", "NewsOne" və "ZIK" televiziyalarını bağlatdıracağını bildirib. O çıxışında bu televiziyaları işğalçı aqressorun əmrlərini yerinə yetirən media orqanları adlandırıb. Zelenskinin sözlərinə görə bu üç televiziyanın translyasiyaları həm də YouTubedə bloklanmalıdır. "Biz hər şeyi eləyirik ki, bu televiziyalar bizim ölkədə yayımını dayandırsın, YouTube isə onları ömürlük bloklamaldır" - deyə Zelenski bildirib. Zelenski müxalif və rusyönümlü telekanalların bağlanması ilə bağlı fərmanını hələ fevral ayında elan edib, ancaq telekanallar hələ də YouTubedə fəaliyyət göstərir. Zelenskinin fərmanı ilə həmçinin "Həyat uğrunda müxalif platforma"dan parlamentə seçilən deputat Taras Kozaka aid "Novosti" mediaholdinqinə qarşı da sanksiyalar tətbiq olunub. "Həyat uğrunda müxalif platforma"nın digər üzvləri Viktor Medvedçuk, onun arvadı Oksana Marçenko və onlarla bağlı olan bütün fiziki və hüquqi şəxslərə də sanksiyalar tətbiq edilib. Zelenski Viktor Medvedçuku Rusiya ilə sıx əlaqələri olan adam adlandırıb. Kremldə isə Medvedçuka bağlı olan telekanalların qapadılmasını narahatverici xəbər adlandırıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sanksiyaların əslində Ukraynanın Rusiya ilə barışığa gəlmədiyini, əksində Donbassdakı münaqişəni zorakılıq yolu ilə həll etməyə çalışdığını bildirib. Rusiya ilə Ukraynanın münasibətləri 2014-cü ildə Krımın ruslar tərəfindən işğalı və Donbassda Rusiyanın dəstəklədiyi separatçıların Ukraynaya qarşı müharibəyə başlaması ilə pisləşib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun