Yunanıstan Osmanlıdan azad olunmağın 200 illiyini qeyd edir

Yunanıstan Osmanlıdan azad olunmağın 200 illiyini qeyd edir
26 Mart 2021
Mətni dəyiş
Yunanıstan osmanlı ağalığına qarşı azadlıq müharibəsinin başlanmasının 200-cü il dönümünü paytaxt Afinada təşkil olunan təntənəli mərasimlə qeyd edib. 25 mart Müstəqillik Günü bayramına yunanların 1821-ci ildə osmanlı idarəetməsinə qarşı başlatdıqları üsyanlara dəstək verən Rusiya, İngiltərə və Fransanın yüksəkçinli hökümət adamları da qatılıb. Mərasimdə Rusiyanın baş naziri Mixayıl Mişustin, İngiltərənin vəliəhd şahzadəsi Çarlz, Fransanın müdafiə naziri Florens Perli, Avropa Birliyinin üzvü olan Kipr Respublikasının prezidendi Nikos Anastasiadis də iştirak ediblər. Hərbi paraddan sonra Fransa istehsalı Rafalle, Amerika istehsalı F-16 və İngiltərə istehsalı RAF Voyager qırıcı təyarələrinin parad uçuşları olub. Yunanıstanın baş naziri Kiryakos Miçotakis çıxışında deyib ki: "200 il əvvəl qətiyyənlə döyüşə girən və azadlıq bayrağının dalğalanması üçün vuruşan qəhraman döyüşçülərimiz müttəfiqlərin də dəstəyilə mübarizə apararaq azadlığı qazanmağı bacardı".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun