Vladimir Putin bu il hakimiyyətdə 20-ci ilini başa vurur

Vladimir Putin bu il hakimiyyətdə 20-ci ilini başa vurur
17 Mart 2021
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin bu il hakimiyyətdə 20-ci ilini qeyd edir. O hakimiyyətdə qalma müddətinə görə keçmiş sovet lideri Leonid Brejnevi keçsə də hələlik İosif Stalindən sonrakı yerdə dayanır. Putnin hakimiyyətinin dördüncü müddəti 2024-cü ildə sona çatır. Onun hakimiyyət dövrü sona çatanda artıq 72 yaşı olacaq. Qanunlara görə o 2024-cü ildə hakimiyyətdən əl çəkməlidir, ancaq onun necə bir siyasi yol izləyəcəyini hələlik heç kim bilmir. Vladimir Putin 9 avqust 1999-cu ildə Rusiya Prezidenti Boris Yeltsin tərəfindən baş nazir təyin edildikdən sonra bu hadisənin rus tarixində dönüş nöqtəsi olacağını heç kim bilmirdi. Putindən əvvəlki baş nazirlər cəmi bir neçə ay hakimiyyətdə qala bilmişdi, Putinin adı isə o günə qədər elə də çox eşidilməmişdi. Buna görə də onun bir neçə aylıq baş nazir olacağına inanırdılar, amma Rusiya prezidenti olacağını çox adam heç gözləmirdi. İqtidarda 20 il qalan 1952-ci ildə doğulmuş Putin Rusiya tarixinə damğa vuran şəxslərdən biridir. Boris Yeltsin 1999-cu ilin 31 dekabrında öz vəzifəsindən istefa verəndə Putin hələlik baş nazir postunda cəmi 5 ay keçirmişdi. 26 mart 2000-ci ildə Putin ilk turda Rusiya prezidenti seçildi. Onun hələ baş nazir kimi populyarlığının artmasında Çeçenistan müharibəsi böyük rol oynamışdı. 1999-cu ildə çeçenlərin Rusiyada müxtəlif yaşayış məntəqələrinə terror hücumlarından sonra Putinin "Terrorçuları hər yerdə öldürəcəyik!" deyimi ilə bir anda xalq arasında məşhurlaşmağa başladı. Putin Çeçenistan müharibəsində şəxsən iştirak elədi, Su-27 təyyarələri ilə Qroznuda olan hərbi əməliyyatlara nəzarət elədi. Analitiklərə görə Putin hakimiyyəti boyunca SSRİ-nin dağılmasından sonra depressiya yaşayan rusların axtardığı güclü fiqura çevrildi. O enerji müqavilələri bağlaması ilə diqqət çəkdi, ölkənin təbii qaz zənginliyini güclü şəkildə istifadə etməyə başladı. Putinin hakimiyyəti ərəfəsdinə Rusiya xarici siyasətsə sürətlə yüksəldi. NATO-nun şərqə doğru genişlənməsini tənqid edən rus lider, Şərqi Avropa ölkələrində qurulan raketdən müdafiə sistemlərinə də eirazını bildirdi. Rusiya 2014-cü ildə Krımı işğal edərkən də Qərb dünyasından şiddətli bir addımla üzləşmədi. Rusiya həmçinin Suriyanın gələcəyi ilə bağlı məsələlərdə də ən güclü oyunçu siması ilə çıxış edir. Xarici təşkilatlar Putin iqtidarının gücləndikcə mətbuatı tamamilə ələ keçirdiyini və bu dövrdə Rusiyada insan haqqları sahəsində vəziyyətin pisləşdiyini də bəyan edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun