Vatikan eynicinsli nikahlara xeyir-dua verməyəcəyini elan edib

Vatikan eynicinsli nikahlara xeyir-dua verməyəcəyini elan edib
16 Mart 2021
Mətni dəyiş

Vatikan eynicinsli nikahlara xeyir-dua verməyi hələ də istisna edir. Bu haqda martın 15-də Vatikanın yeni yayılmış inanc doktrinasında bildirilir. Doktrinaya görə hətta kişi ilə qadın arasında "nikahdan kənar sekslə müşayiət olunan stabil partnyorluq da" kilsə tərəfindən qəbul edilmir.

Vatikanın rəsmi şəxsi Luis Ladariya Ferreronun imzaladığı inanc doktrinasında deyilir ki, kilsənin xeyri-dua verdiyi münasibətlər "Tanrının buyruğuna uyğun, müqəddəs mətnlərdə göstərilən və İsa Məsihin insanlıq üçün tam açdığı" münasibətlərdir.

Vatikan eynicinsli münasibətləri "içərisində pozitiv elementlər olan", ancaq "kilsə xeyir-duasının obyekti olmayacaq" münasibətlər adlandırır, çünki bu yaradıcı qüvvənin buyuruqları ilə örtüşmür.

2013-cü ilə papa Fransisk öz moizəsində demişdi ki, "xoş niyyətlə Tanrını axtaran homoseksualları" mühakimə etməyə haqqım yoxdur. Onun bu fikirlərindən sonra Vatikan rəhbərliyinin homoseksuallarla bağlı tolerantlıq göstərəcəyinə inam yaranmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun