ÜST koronavirus əleyhinə peyvəndlərin 76 faizinin dünyanın 10 ölkəsi tərəfindən alındığını deyir

ÜST koronavirus əleyhinə peyvəndlərin 76 faizinin dünyanın 10 ölkəsi tərəfindən alındığını deyir
30 Mart 2021
Mətni dəyiş
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada hal-hazırda mövcud olan koronavirus əleyhinə peyvəndlərin 76 faizinin 10 ölkə tərəfindən istifadə edildiyini bəyan edib və bunu ədalətsizlik adlandırıb. ÜST-ün baş katibi Tedros Adhanom Qebreyesus Cenevrədə təşkil olunmuş mətbuat konfransında varlı ölkələrin peyvəndlərlə bağlı davranışlarını qınayıb. "Qlobal böhran qlobal reaksiyalar tələb edib. Qlobal həll yolları isə yardımlaşma ilə başlayır" - eyə Qebreyesus bildirib. ÜST peyvəndləri yoxsul ölkələrə çatdırmaq üçün qurulan Covax şəbəkəsinin köməyilə ilin sonuna qədər inkişaf etməkdə olan ölkələrin əhalisinin 25 faizinin peyvəndlənə biləcəyini ehtimal edir. Ancaq bu hədəfə çatmaq üçün belə 25 milyard avroluq maliyyə qaynağına ehtiyac var. Covax şəbəkəsinin köməyilə indiyə qəədr 60 kasıb ölkəyə 32 milyon doza peyvənd çatdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun