ÜST: "Hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalır"

ÜST: "Hər üç qadından biri fiziki və ya cinsi zorakılığa məruz qalır"
10 Mart 2021
Mətni dəyiş

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, dünyada hər üç qadından biri həyatlarının müxtəlif dövrlərində cinsi və ya fiziki zorakılığa məruz qalırlar. 

Bu günə qədər hazırlanan ən əhatəli hesabat kimi qəbul edilən sənədlər 2000-2018-ci illəri əhatə edir. Ancaq hesabatda o da qeyd olunub ki, koronavirus (Covid-19) epidemiyası geniş yayıldıqdan sonra, qadına zorakılıq halları da artıb.

Sənədə görə qadınlar ən çox partnyorlarının zorakılığına məruz qalıblar. Hesabata görə 2000-ci ildən 2018-ci ilədək 640 milyon qadın erkən yaşlarından etibarən zorakılığa məruz qalıblar. Qeyd olunub ki, 15-24 yaş qrupları arasındakı qadınların dörddə biri partnyorlarının zorakılığına məruz qalıblar.

ÜST-ün hesabatına görə, Cənubi Asiya, Sahra Çölü və Afrika ölkələrində qadına zorakılıq hallarıı çox yüksəkdir. Bu bölgələrdə qadınlara qarşı zorakılıq nisbəti 50%-i keçir. Bu rəqəm Avropada və Orta və Şərqi Asiya ölkələrində 20% civarındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun