UNICEF: "Suriya müharibəsində 12 min uşaq ölüb və ya yaralanıb"

UNICEF: "Suriya müharibəsində 12 min uşaq ölüb və ya yaralanıb"
12 Mart 2021
Mətni dəyiş

Suriyadakı daxili müharibədə 10 il içində 12 min uşaq ya ölüb, ya da yaralanıb. Bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb. Məlumata görə, hazırda həmin bölgədə 6 milyon uşağın humanitar yardıma ehtiyacı var.

UNICEF deyir ki, bu 10 il ərzində müharibədən ən çox əziyyət çəkənlər gənclər və uşaqlar olublar.

Açıqlamaya görə, təkcə ötən il 511 uşaq həyatını itirib, 966-da yaralanıb.

UNICEF bildirib ki, döyüşlərin səngiməsinə baxmayaraq, ötən il 61 məktəb, 29 xəstəxana hücuma məruz qalıb. Təşkilat Suriya müharibəsinin yaxın tarixdəki ən pis təhsil fəlakətinə səbəb olduğunu bildirib.

Belə ki, hazırda Suriyada 2,5 milyon uşaq, eyni zamanda ailələri ilə birlikdə qonşu ölkələrə qaçmaq məcburiyyətində olanda 750 min uşaq məktəbə gedə bilmir.

UNICEF 500 min uşağın xroniki olaraq tam qidalana bilmədiyini, 6 milyon uşağın isə hazırda humanitar yardıma ehtiyac duyduğunu qeyd edib. Açıqlamaya görə, Suriyada həh iki gəncdən biri yaxın qohumunu müharibədə itirib, ümumilikdə isə müharibəyə görə suriyalıların dörddə biri bədənlərinin bir hissəsini itiriblər

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun