UNICEF: "Koronavirus səbəbindən 10 milyon azyaşlı qız erkən nikaha girə bilər"

UNICEF: "Koronavirus səbəbindən 10 milyon azyaşlı qız erkən nikaha girə bilər"
8 Mart 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) yeni hesabatına görə, koronavirus (Covid-19) səbəbi ilə gələcək 10 ildə 10 milyon azyaşlı qız erkən nikaha girə bilər. UNICEF epidemiya başlamazdan əvvəl də on il ərzində 100 milyon uşağın evliliyə məcbur ediləcəyini təxmin edirdi.

Hazırlanan sənədə görə, ancaq indi bu rəqəm daha yüksəkdir - 10% artım proqnozlaşdırılır.

Hesabat göstərir ki, məktəblərin bağlanması, iqtisadi böhran və komendant saatları dövründə ailələr və uşaqlar üçün dəstək xidmətlərinin pozulması 2030-cu ilədək on milyon qızın da erkən nikaha girmə ehtimalını artırıb.

UNICEF-in Zərərli Təcrübələrin Qarşısının Alınması üzrə nümayəndəsi Nankali Maksud deyib ki, bu rəqəmlər bizə dünyanın qızlar üçün daha çətin bir yerə çevrildiyini deyir.

UNICEF-in hesabatına görə, yetkinlik yaşına çatmadan evlənən qızların sayı 2011-ci ildən bəri ümumilikdə 15% azalıb, ancaq indi pandemiya səbəbindən irəlilətiş müşahidə olunur və təhlükə getdikcə artır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun