Twitter hesabı bloklanan Tramp tərəfdarları ilə ünsiyyət üçün özünə yeni sayt yaradıb

Twitter hesabı bloklanan Tramp tərəfdarları ilə ünsiyyət üçün özünə yeni sayt yaradıb
30 Mart 2021
Mətni dəyiş
ABŞ-ın keçmiş prezidenti Donald Tramp twitterdə hesabı bloklanandan sonra özünə yeni sayt yaratmağı qərara alıb. Yeni saytını o arvadı Melania Trampla birgə açıb və ABŞ-ın 45-ci prezidentinin həyatı haqda bəhs etdiyi üçün "45office.com" - adlandırıb. Prezident bu saytda öz tərəfdarları ilə ünsiyyət quracaq. Trampın mətbuat xidmətinin bəyanatında deyilir ki, Donald Tramp bu saytı açaraq Tramp administrasiyasının gözəl irsini qoruyacaq və "Amerika hər şeydən öncə" siyasətini inkişaf etdirəcək. Trampın ofisi vətəndaş və ictimai aktivistlərin köməyilə amerikalıları məlumatlandırmaq, təlimlər təşkil etmək və həvəsləndimək üçün saytdan istifadə edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun