Türkiyədə 7-8 ay ərzində əhalinin koronavirusa qarşı tam peyvəndləməsi gözlənilir

Türkiyədə 7-8 ay ərzində əhalinin koronavirusa qarşı tam peyvəndləməsi gözlənilir
18 Mart 2021
Mətni dəyiş
Türkiyədə koronovirusa qarşı peyvəndləmə son iki ay ərzində davam edir və bu gün ölkədə vurulan peyvəndlər 12 milyon 671 min doza olub. İndiyədək 8 milyon nəfər birinci peyvəndini vurdurarkən, 3,5 milyon insan da hər iki doza peyvəndini vurdurub. Həkimlərin rəyinə görə Türkiyədə cəmiyyətində ictimai immunitet yaranması üçün ən azı 60 milyon nəfər peyvənd olunmalıdır. Türkiyəli ekspertlər deyirlər ki, 60 milyon nəfərin son iki aydakı sürətlə, yəni gündə ortalama 500 min nəfərə peyvənd vurulmaqla 7-8 ayda tam peyvəndlənəcəyi gözlənilir. Bunun üçün bütün Türkiyə üzrə 120 milyon peyvənd vurulmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun