Türkiyə İstanbul Konvensiyasından çıxdı

Türkiyə İstanbul Konvensiyasından çıxdı
20 Mart 2021
Mətni dəyiş

Gecə saatlarında Türkitədə prezidentin qərarı ilə ölkə İstanbul Konvensiyasından çıxıb. Bu barədə Türkiyənin rəsmi qəzetində məlumat yayılıb. 

İstanbul Konvensiyasından çıxmaqla bağlı qərar açıqlandıqdan sonra sərt reaksiyalara məruz qalıb. İlk rəsmi reaksiya Cümhuriyyət Xalq Partiyasından (CHP) olub. Partiyanının köməkçisi Gökçə Gökçən Tvitter hesabında "Geri gətirəcəyik!" yazıb.

Daha sonra ictimai şəxslər qərara sərt reaksiya veriblər. Hökumət nümayəndələri də qeyd ediblər ki, yenə əsas gündəmlərində qadınlar olacaq.

İstanbul konvensiyası Avropa Şurasının qadınlara münasibətdə zorakılığa və ailədaxili zorakılığa qarşı razılaşmasıdır. Sənəd 2011-ci il mayın 11-dən imzalanmaq üçün açıqdır. Konvensiyada qadınlarla kişilər arasında bərabərliyi təmin etmək, qadınları və qızları zorakılığın bütün formalarından müdafiə etmək üçün dövlətin görməli olduğu tədbirlər qeyd olunub.

Konvensiyanın müddəaları yalnız qadının yox, bütün məişət zorakılığı qurbanlarının müdafiəsinə yönəlib.

Konvensiya 46 ölkə və Avropa İttifaqı tərəfindən imzalanıb və 34 ölkə tərəfindən ratifikasiya edilib, amma Azərbaycan indiyə qədər sənədi imzalamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun