Taylandın baş naziri suallara əsəbləşib, jurnalistlərə dezinfeksiya məhlulu sıxıb

Taylandın baş naziri suallara əsəbləşib, jurnalistlərə dezinfeksiya məhlulu sıxıb
10 Mart 2021
Mətni dəyiş

Taylandın baş naziri Prayut Çan-oça mətbuat konfransında verən suallara əsəbləşərək, əlindəki dezinfeksiya edicini ön sırada əyləşən jurnalistlərə sıxıb. 

Həftəlik təşkil olunan mətbuat konfransında çıxış edən Prayut bir jurnalistin kabinet dəyişikliyi ilə bağlı sualına qəzəblənikdən sonra bu addımı atıb.

Prayut 2018-ci ildə təşkil olunan mətbuat konfranslarının birində jurnalistlərin önünə maketini qoyub, "sualları bu adama verə bilərsiniz" demişdi.

Adətən jurnalistlərə qarşı davranışı ilə gündəmə gələn Prayut əvvəllər də səs rejissorunun qulağı ilə oynayıb, bir operatora banan qabığı atmış və hökuməti tənqid edən jurnalistləri edamla təhdid etmişdi.

[embed]https://www.youtube.com/watch?v=v8Ehd4llqto[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun